Almaniyadan Teslaya yaşıl işıq


Digərləri 27 Fev 2020 22:55:00 155 0

Almaniyadan Teslaya yaşıl işıq

Tesla Avropa bazarı ilə daha yaxından təmas qurmaq üçün Almaniyanın Qrunhayd şəhərində fabrik tikməyə qərar verib.

Son.az ted.az-a istinadən bildirir ki, markanın Avropadakı bazası olacaq nəhəng layihə üçün icazə alınmışdı. 2021-ci ilə qədər tikintini başa çatdırmağı planlaşdıran şirkət rəsmiləri işə başlamamış ciddi problemlə qarşılaşıblar.

Ərazidəki ağacların kəsilməsini istəməyən yerli əhali etirazlara start verib və hüquqi yollara əl atılıb. Frankfurt İnzibat Məhkəməsi sözügedən müraciətləri qəbul etməyib.

Teslanın mətbuat katibi Ketrin Şira isə açıqlamasında "Ağacların kəsilməsi planlı şəkildə davam etdirilir və ətraf mehit müdafiəçiləri gözə dəymirlər" ifadəsinə yer verib.

Qeyd edək ki, Brandenburq Əyaləti Ekologiya Nazirliyi Tesla-nın quracağı fabrik üçün ağacların kəsilməsinə icazə verdiklərini bəyan edib.