Tarixdəki ilk əsl robot Unimate


Digərləri 27 Fev 2020 22:45:00 186 0

Tarixdəki ilk əsl robot Unimate

Bu gün tarixdə proqramlar tərəfindən idarə olunan, bəşər tarixindəki sənaye inqilabının təməllərini atan Unimate ilə tanış oluruq.

İndiki vaxtda bir çox fərqli sahədə istifadə edilən robotlar gündən günə inkişaf edir və qarşımıza çox fərqli formada robot modelləri çıxır.

İnsana bənzər robot Sofia kimi çox inkişaf edən və bəzi insanlarda bir az da olsa narahatlıq yaradan robotların, keçmişi əslində eynilə kompyuterlərdəki kimi köhnə zamanlara söykənir. İndiki robotlara ilham qaynağı olan ilk sənaye robot Unimate, 1950-ci illərdə indiki robotların yaratdığı qarışıqlığın onlarla qatını yaratmışdı. Çünki bəşəriyyət ilk dəfə öz işlərini boynuna götürən bir robot ilə tanış olacaqdı.

1956-cı ildə Cozef Engelberger adlı bir fizika alimi, Corc Devol adlı bir ixtiraçı ilə tanış oldu. Onların söhbəti Corcun ən son elmi işi olan "Proqramlaşdırılmış Məqalə Dizaynı" mövzusuna çatdı və o vaxt tarixin ilk robotu olacaq Unimate modelinin ilk addımlarını atmış oldu.

1957-ci ildə Engelberger, Consolidated Controls Corp şirkətində menecer idi. Şirkətin müdirini öz kəşfinə sərmayə yatırması üçün razı saldı. İki illik bir araşdırmadan sonra Engelberger və Devol, Unimate #001 adlı ilk prototipi yaratmağı bacardı.

Unimate modelinin hazırlanması məqsədi ilk olaraq sənaye sahəsində asanlıq təmin edilməsi idi və bunun üçün məşhur elmi-fantastika yazıçısı Ayzek Azimovun Üç Robot Qanunu ələ alındı. Engelberger və Devol Azimovun ifadə etdiyi qaydaların arasındakı ən əhəmiyyətli maddə olan "Bir robot insana zərər verə bilməz və insanlara zərər gəlməsinə icazə verə bilməz" məsələsini mənimsədi.