“Virusun pandemiya potensialı var”


Dünya 27 Fev 2020 22:48:00 143 0

“Virusun pandemiya potensialı var”

"Koronavirusun yayılması vəziyyəti ətrafında elə bir an gəlib çatıb ki, lazımi tədbirlər görülməzsə, epidemiyanın nəzarətdən çıxıb-çıxmayacağı ilə bağlı qərar vermək lazımdır".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. "Biz hazırda həlledici mərhələdəyik", - deyə Qebreyesus Cenevrədəki konfransda bildirib.

Onun sözlərinə görə, koronavirusun təsirinə məruz qalan ölkələr effektiv onun yayılmasının qarşısını almaq üçün tədbirlər görməsə, virus nəzarətdən çıxa bilər:

"Əgər həmin ölkələr Çin kimi tədbirlər görsə, o zaman yoluxma halının azaldığını, nəticədə isə qarşısının alındığını görəcəklər.