2020nin trendi qatlanan smartfonlar olacaq


Digərləri 27 Fev 2020 22:10:00 148 0

2020nin trendi qatlanan smartfonlar olacaq

Smartfonların gündən-günə daha da inkişaf etdiyini deyə bilərik. 2019-cu ilin smartfonlar üçün əla bir il olduğunu qeyd etmək lazımdır. Qatlanabilən smartfonlar haqqında bu il çox danışıldı. Ümumiyyətlə, 2019 qatlanabilən smartfonlar ili oldu.

2020-nin trendi qatlanan smartfonlar olacaqqatlanabilən telefonları istifadəyə verən ilk şirkətlərdən biri Royale oldu. Royale FlexPai modeli ilə birlikdə 7.8 düymlük ekranı olan cihazı hər kəsə bəyəndirə bildi. Əlbəttə ki, bu telefon heç vaxt satışa təqdim edilmədiyindən istehlakçıya çata bilmədi.

Bu istiqamətdə ən böyük addım atan şirkətlər isə Samsung və Huawei oldu. Galaxy Fold modeli ilə tanış olan Samsung-dan sonra Huawei, Mate X adlı qatlanabilən telefon modelini təqdim etdi.

Qatlanabilən telefonlarla maraqlanan hər kəsin gözləri Apple-a yönəldi. Apple tərəfindən qatlanabilən smartfon modeli, ən azından konsepsiya gözlənilirdi. Ancaq belə bir şey olmadı.

Çoxunun gözü Apple-da olsa da, Motorola gözlənilmədən qatlanabilən smartfon trendinə qoşuldu. Samsung və Huawei-in qatlanabilən telefonlarına görə fərqli quruluşa sahib olan bu model çoxları tərəfindən bəyənildi.