Anemiyadan təzyiqə qədər bir çox xəstəliyin çarəsi


Digərləri 27 Fev 2020 22:12:00 136 0

Anemiyadan təzyiqə qədər bir çox xəstəliyin çarəsi

Sağlamlığa faydalı olan lifli hissələrin qurudulmuş meyvələrdə daha çox olduğunu bildirən mütəxəssislər, bu ərzaqların mütləq qidalanma menyusuna daxil edilməsinin lazım olduğunu bildirirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, quru meyvələr xərçəngdən təzyiqə, anemiyadan göz yorğunluğuna qədər bir çox xəstəlikdən qorumaq gücünə malikdir.

Quru ərik Həzm problemlərini yaxşılaşdırır. Stress və qanazlığının qarşısını alır. Tərkibindəki A vitamini dəri qüsurlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək ürək əzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir. Tərkibi həm də kaliumla zəngindir.

Kişmiş Yaxşı enerji mənbəyidir. Bəlğəm gətirən təsirinə görə tənəffüs problemləri olan xəstələrə tövsiyə edilir. Gündə 10 dənə üzüm qurusu təzyiqi azaltmaqda olduqca təsirlidir. Bu baxımdan, iltihablara qarşı da immunitet sistemini gücləndirir.

Alma qurusu Xüsusilə, qatıqla yedikdə zəhərlənmə nəticəsində baş verən ishal zamanı güclü təsirə malikdir. Yenə lifli xüsusiyyəti sayəsində tox saxlayır. Gözlərinizi yoran işdə çalışırsınızsa, hər gün bir ovuc quru alma yemək yaxşı təsir edir.

Xurma Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri gözəlliyi və sağlamlığının qorunmasında böyük rol oynayır. Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir.