Aston Martin Vantage açıq versiyaya sahib olub FOTO


Digərləri 27 Fev 2020 22:01:00 133 0

Aston Martin Vantage açıq versiyaya sahib olub  FOTO

Aston Martin şirkəti yeni nəsil Vantage modelinin qatlanan yumşaq tavana sahib olan versiyasını təqdim edib. Vantage Roadster kupe kuzovlu variantda cəmi 60 kiloqram ağırdır və dünyanın ən sürətli qatlama mexanizmi ilə təchiz edilibdir. Yumşaq tavanın açılmasına 6.7, bağlanmasına isə 6.8 saniyə gərəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, zahiri cəhətdən Aston Martin Vantage Roadster kupe ilə eynidır. Rodster 510 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edən 4.0-litrlik səkkizsilindrli turbomühərrik  ilə təchiz edilir. Güc aqreqatı ZF firmasının istehsalı olan8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Bununla belə, rodster amortizatorlar və stabilizasiya sisteminin özünəməxsus  tənzimləmələrinə malikdir. Hərəkət rejimləri sistemi də dəyişilməz qalıbdır: Sport, Sport + və Track.

Vantage Roadster modelinin başlıca xüsusiyyəti tavanın Z-şəkilli ultrasürətli qatlanma mexanizmidir. Elektrik ötürməsi yumşaq tavanı 6.7 saniyəyə aşağı salmağa və 6.8 saniyəyə qaldırmağa imkan verir. Bu əməliyyatları 50 km/saat həddinə qədər sürətlərdə həyata keçirmək mümkündür. Müqayisə üçün, Aston Martin DB11 Volante və DBS Superleggera Volante modellərində bu əməlyyatların həyata keçiriləməsinə, müvafiq olaraq 14 və 16 saniyədə tələb olunur.

Aston Martin şirkəti Vantage Roadster modeli ilə birlikdə , Aston Martin Vantage ailəsi üçün hazırladığı yeni opsiyalar xəttini təqdim edib. Opsiyalar siyahısına Vane naxışlarına malik olan radiator barmaqlığı, yeni təkər diskləri və yeddi pilləli mexaniki transmissiya (yalnız bir kupe üçün) əlavə edilib. İlkin olaraq, mexaniki transmissiyanı məhdud saylı seriyadan olan Vantage AMR modeli əldə etmişdi. İndi isə,  Graziano firmasının məhsulu olan qutu adi modelə də qismət olub.