Dünya boyu sürətlə yayılan koronavirusa qarşı mübarizə aparılır


Dünya 27 Fev 2020 21:21:00 143 0

Dünya boyu sürətlə yayılan koronavirusa qarşı mübarizə aparılır

İran, İtaliya, Cənubi Koreya və digər ölkələrdə koronavirusun sürətlə yayılması dünya boyu hökumətlər və insanları təcili tədbirlər həyata keçirməyə tələsdirir.

Son 24 saat ərzində ilk dəfə olaraq dünyada koronavirusa yoluxanların sayı Çində virusa yoluxanların sayını ötüb. Xəstəliyin iki ay öncə aşkar olduğu Çində xəstəliyə qarşı aparılan ciddi mübarizə nəticəsində yoluxmaların sayı azalıb.

Çindən kənarda virusdan ölənlərin sayına görə çoxluq təşikl edən İranda yoluxmaların sayı 245-ə çatdığı bildirirlir. İranın IRNA xəbər agentliyi cümə axşamı yaydığı məlumatda bildirilib ki, İran Çin vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, hazırda 200 yoluxma halının təsdiqləndiyi Yaponiyada mütəxəssilərin xüsusi narahatlığına səbəb olan bir yoluxma halı qeydə alınıb. Belə ki, bir qadın tur bələdçisində ikinci dəfə koronavirus aşkarlanıb. Bu hazırda dünyada baş verən nadir yoluxma hallarından biridir.

Tokio iki həftə müddətinə böyük toplantıları və idman tədbirlərini təxirə salıb. Məktəblər erkən tətilə buraxılıb. Lakin onlar 2020 Tokio Yay Olimiya Oyunlarını həyata keçirməyi planlaşdırır, çünki bu tədbirin təxirə salınması və ya məkanının yerdəyişməsi Yaponiya üçün böyük zərbə olacaq.