Baş nazir ölkəni ikiyə böldü, ara qarışdı –


Dünya 27 Fev 2020 21:07:00 154 0

Baş nazir ölkəni ikiyə böldü, ara qarışdı –

Vəzifəyə gəldiyi gündən bəri yürütdüyü siyasətlə ölkədə gərginlik yaradan Braziliyanın radikal sağçı Baş naziri Jair Bolsonaro yenidən mübahisə yaradıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, ölkədə Baş naziri istefaya məcbur etmək üçün kampaniya başlayıb.

Dövlət başçısını dəstəkləmək üçün martın 15-nə təyin olunan mitinqlər ölkəni ikiyə bölüb. Baş nazirə təzyiq edən siyasətçilərə qarşı bir araya gələn Bolasanaro tərəfdarları sosial şəbəkələrdə də fəallaşıb.

Baş nazirin tərəfdarlarına cavab verən Konqres üzvləri isə Bolsonaro hökumətini "hərbi xunta" adlandırıb. Bolsonaroya dəstək nümayişlərinin başlanğıc nöqtəsi isə Konqresin onu postundan uzaqlaşdırmaq üçün atdığı addımlardır.