İnternet vasitəsilə fırıldaqçılıq edən şəbəkələrin toruna düşməmək üçün bunları edin


Digərləri 27 Fev 2020 21:10:00 134 0

İnternet vasitəsilə fırıldaqçılıq edən şəbəkələrin toruna düşməmək üçün bunları edin

İnternet vasitəsilə fırıldaqçılıq edən şəbəkələrin sayı son bir ildə üç dəfə artıb. Gün ərzində bir çox insan fırıldaqçıların tələsinə düşür.

Son.az ted.az-a istinadən kiber fırıldaqçıların ən çox istifadə etdikləri üsullarını və müdafiə üçün nə etməli olduğunuzu bu yazıda təqdim edir.

1. Fişinq: Ən çox yayılmış internet fırıldaqçılıq üsulu "Fişinq" adlanır. Qanuni bir qurum olaraq davranan fırıldaqçı şəbəkələr saxta reklamlar vasitəsilə onlayn alış-veriş saytlarına və sosial media şəbəkələrinə tələ linklər verir. Bu linklərdən birinə vuran vətəndaş şifrəni hesaba daxil edərkən parol şəbəkənin əlinə keçir və şəbəkə hesabları boşaldır.

Müdafiə: Naməlum linklərə klikləməyin.

2. Viruslu e-poçt: Vətəndaşların poçt ünvanlarına viruslu mesaj göndərmə və şifrə oğurlamaq üsulu. Şəbəkələr bu şifrələrlə bank hesablarını boşalda bilər.

Müdafiə: Naməlum ünvandan gələn poçt və spamları açmayın

3. Şifrə soruşmaq: Şəbəkələr e-poçt və ya telefonla zəng vuraraq təhlükəsizlik riski olduğu yalanı ilə məlumatı götürüb hesabları boşaldırlar

Müdafiə: Heç kimlə parol paylaşmayın.

4.  Sosial media hesabı oğurlamaq: Fırıldaqçılar sosial media hesablarını ələ keçirmiş vətəndaşlardan və ya qohumlarından pul istiyirlər.

Müdafiə: Ödəniş etməyərək prokurorluq və polisə əlaqə yaradın.

5. İnternet alış-verişlərində fırıldaqçı şəbəkələrlə işləyən saxta şirkətlər hesabdan icazəsiz pul çıxara bilirlər.

Müdafiə: Naməlum şirkətlərdən alış-veriş etməmək və ödəniş kartlarından başqa birinin istifadə etməsinə icazə verməmək