Arktikada ağ ayılar sayılacaq


Dünya 27 Fev 2020 20:58:00 212 0

Arktikada ağ ayılar sayılacaq

Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi Arktikanın Rusiya hissəsində ağ ayıların sayımını həyata keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, proses 2024-cü ilədək başa çatacaq.

Qeyd olunur ki, ağ ayıların sayımı bu növün hazırkı statusunu müəyyənləşdirmək üçün həyata keçirilir.

Bununla belə, heyvanların yayılma arealının genişliyi və kəskin iqlim şəraiti ilə əlaqədar bütün heyvanları saymağın mümkün olmayacağı bildirilir.