Samuxda yanğın olub


Digərləri 27 Fev 2020 20:44:00 131 0

Samuxda yanğın olub

Samux rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 224 m² olan birmərtəbəli evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan evin giriş qapısı qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.