“Türkiyə bu terror dövlətini darmadağın etdi”


Dünya 27 Fev 2020 18:44:00 147 0

“Türkiyə bu terror dövlətini darmadağın etdi”

30 kilometr dərinliyin yaradılması "Fərat qalxanı", "Zeytun budağı" və "Sülh Çeşməsi" əməliyyatları, eləcə də sərhədimizdə terror dövlətinin qurulmasının qarşısını almaq üçün zərurət idi. Bu terror dövləti darmadağın edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömer Çelik deyib.

"PYD terror qruplaşması bir-birinə zidd qüvvələrlə də, Suriya ordusu ilə də əlaqə qurmağa çalışaraq məqsədinə çatmağa çalışır. Hər kəsin istifadəsinə açıq bir təşkilatdır. Bu mübarizəni sərhədin o tayında aparmasaq, sərhədlərimizin daxilində aparmağa məcbur qalacağıq.

Bütün hazırlıqlar tamamlanıb. Suriya ordusunun öz xəttinə geri çəkilmə müddəti başa çatan kimi Türkiyə Silahlı Qüvvələri üzərinə düşən vəzifəni yerinə yetirəcək.