Kürdəmirdə çay evində narkotik tapıldı


Sosial 27 Fev 2020 18:43:04 223 0

Kürdəmirdə çay evində narkotik tapıldı

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə olan “tiryək” aşkar olunaraq götrülüb.

Kürdəmir rayonsakinindən küllü miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rzayev Rüstəm Fərzi oğlu şübhəli şəxs qismində saxlanılıb.

Həmin şəxsin razılığı ilə onun icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı 1 ədəd polietilen torbada təmiz çəkisi 24,87 qram çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümündə 0,80 qram qurudulmuş marixuana, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram, ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək