Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur


Digərləri 27 Fev 2020 16:52:00 179 0

Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Gürcüstanda mümkün koronavirus simptomları daşıyan xəstələr arasında Azərbaycan vətəndaşları yoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan Səhiyyə, Əmək və Sosial İşlər Nazirliyindən bildiriblər.

Mənbənin sözlərinə görə, hazırda koronavirusa yoluxan bir Gürcüstan vətəndaşı var. 50 yaşlı xəstə İrandan Gürcüstana gəlib. Onun vəziyyəti qənaətbəxş hesab edilir.

Bundan başqa qeyd olunub ki, Gürcüstan infeksiya xəstəxanasının xüsusi bölməsində koronavirus şübhəsi ilə xəstələr yerləşdirilib, onların arasında Gürcüstan və Azərbaycan vətəndaşları var.