Bakıda işıqların sönməsi metroya da təsir etdi


Digərləri 27 Fev 2020 16:30:00 136 0

Bakıda işıqların sönməsi metroya da təsir etdi

Xəbər verdiyimiz kimi Bakının bəzi yerlərində işıqlar sönüb.

Son.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Bakıda işıqların sönməsi metroya da öz təsirini göstərib. Metropolitenin Əhmədli stansiyasında tablolar, turniketlər fəaliyyətini dayandırıb, qatarlar tuneldə ilişib qalıb.

"Bakı Metroploliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

"Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.