"VAZ"la 69 yaşlı kişinin həyatına son qoydu


Digərləri 27 Fev 2020 16:30:00 152 0

"VAZ"la 69 yaşlı kişinin həyatına son qoydu

Qaxda piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə saat 20:00 radələrində Heydər Əliyev prospektində üzü Qax şəhəri isitiqamətində qeydə alınıb. Qax rayon sakini 1986-cı il təvllüdlü Əhmədov Xəqan Xanlar oğlu idarə etidiyi 10-XK-756 dövlət qeydiyyatlı nişanlı "VAZ 2107" markalı avtomobili ilə yolu keçmək istəyən piyadanı, 1951-ci il təvəllüdlü Sultanov Məmmədəli Tofiq oğlunu verub.

Hadisə nəticəndə yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ancaq 69 yaşlı şəxs aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.