Gürcüstanda koronavirusa görə nəzarətə götürülənlər arasında Azərbaycan vətəndaşı yoxdur


Sosial 27 Fev 2020 15:57:59 117 0

Gürcüstanda koronavirusa görə nəzarətə götürülənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə yerləşdirilən pasiyentlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə yerləşdirilən pasiyentlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq xəstəxanadan bildirilib.

Qeyd olunub ki, tibbi nəzarətə götürülənlərin dördü azərbaycanlıdır və onlar Gürcüstan vətəndaşlarıdır.

Qeyd edək ki, Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin bugünkü iclasında dörd Azərbaycan vətəndaşının koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini bildirib.