Məşhur futbolçunun koronavirusa yoluxduğu iddia olunur


Dünya 27 Fev 2020 15:30:00 129 0

Məşhur futbolçunun koronavirusa yoluxduğu iddia olunur

Bu gün bəzi idman nəşrləri "İnter" klubunda çıxış edən çilili hücumçu Aleksis Sançesin koronavirusa yoluxduğu barədə xəbər dərc edib.

Son.az oxu.az-a istinadən xəbər verib ki, yayılan xəbərlərin əsası yoxdur.

Sayt iddia edib ki, çili dilindən "Google Translate" vasitəsi ilə tərcümə edilən xəbərlərdə ciddi xətaya yol verilib.

Son məlumata əsasən, İtaliyada koronavirusun yayılması səbəbi ilə İtaliya A Seriyasının bəzi oyunları təxirə salına bilər.