“Onların RLSi” artıq bitdi FOTO


Digərləri 27 Fev 2020 13:40:00 420 0

“Onların RLSi” artıq bitdi  FOTO

Aran Film Yaradıcılıq Mərkəzi "Onların RLS-i" adlı yeni sənədli filmin çəkilişlərini bitirib. Son.az xəbər verir ki, fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edən "Aranfilm" bu dəfə müraciət etdiyi mövzuda Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası olan Qəbələ rayonu ərazisində yerləşən RLS-in həmin ərazilərə, sakinlərinə olan zərərindən bəhs edir. Artıq çəkilişləri bitmiş ekran əsəri RLS-in Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində inşası, onun bu ərazilərə və həmin ərazilərə yaxın məsafədə yaşayan sakinlərə dəydiyi xeyiri və ziyanı haqqında danışacaq. Xatırladaq ki, "Onların RLS-i" filminin son hazırlıq işləri aprel ayında tamamlanacaq. Filmin rejissoru Yeganə Əbdülməmmədova, operatoru Əminə Həsənli, direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.