Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi: "Anamla eyni evdə yaşamaq istəmirdi"


Digərləri 27 Fev 2020 13:24:00 147 0

Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi: "Anamla eyni evdə yaşamaq istəmirdi"

Xarakterimiz uyğun gəlmədi. 

Bunu ilkin dindirilmə zamanı həyat yoldaşını öldürən Şirvan şəhər sakini - 1984-cü il təvəllüdlü Sahib Nağıyev deyib.

Son.az xəbər verir ki, oxu.az S.Nağıyevin həyat yoldaşı - 1986-cı il təvəllüdlü Pərvanə Nağıyevanı öldürməsinin təfərrüatları barədə bəzi məlumatları əldə edib.

Qeyd edək ki, ağır cinayət hadisəsi məcburi köçkün ailəsində törədilib. Ağdam rayonundan olan Nağıyev Sahib İdris oğlu həyat yoldaşını boğub öldürəndən sonra mətbəx bıçağı ilə onun boğazını kəsib. Hadisədən sonra kişi övladlarını götürərək evi tərk edib.

S.Nağıyev cinayət baş verən zaman evdə olan anasına bildirib ki, yeni mənzilinə baxmağa gedir. S.Nağıyev məcburi köçkün olduğu üçün dövlət tərəfindən yeni mənzillə təmin olunub və ailə yaxın vaxtlarda həmin evə köçməyi planlaşdırıb.

Anası Pərvanənin harada olduğunu soruşanda isə oğlu deyib ki, həyat yoldaşı yatır və onu narahat etmək lazım deyil.

Bir müddət sonra S.Nağıyev polis bölməsinə gedərək, könüllü təslim olub.

Dindirmə zamanı o, həyat yoldaşı ilə 15 il birgə yaşadıqlarını və bu illər ərzində "it-pişik" kimi didişdiklərini söyləyib.