Cənubi Koreyada prezidentin istefasını tələb edirlər


Dünya 27 Fev 2020 13:15:05 114 0

Cənubi Koreyada prezidentin istefasını tələb edirlər

Prezident administrasiyasının saytında yerləşdirilən sənəd 1,017 milyon imza toplayıb

Cənubi Koreyada bir milyondan çox insan ölkədə koronavirusun yayılmasının qarşısının alınmasındakı acizliyə görə Prezident Mun Çje İnin istefasını tələb edən petisiyanı imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının saytında yerləşdirilən sənəd 1,017 milyon imza toplayıb.

Hərçənd şərşənbə günü imza sayı 500 min idi. Bir günə petisiyanı imzalayanların sayının iki dəfə artması əhalinin hakimiyyət orqanlarının hərəkətlərindən narazılığının artmasından xəbər verir.

Sənəddə Min Çje İnin ünvanına kəskin tənqidlər yer alıb. O, infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün və ölkəyə daxil olduqdan sonra virusun yayılmasının qarşısının alınması üzrə təsirli tədbirlər görə bilməməkdə ittiham olunur.

Qeyd edək ki, ölkə liderinin administrasiyasının saytında yerləşdirilmiş hər hansı petisiya 200 mindən çox imza topladığı təqdirdə səlahiyyətlilər buna cavab verməlidirlər. İndiki vəziyyətdə bu, martın 4-dən gec olmayaraq baş verməlidir.

Xatırladaq ki, Cənubi Koreyada bir gün ərzində 500-dənçox koronavirusa yoluxma halıqeydə alınıb.