İran parlamentinin komitə sədri koronavirusa yoluxdu


Dünya 27 Fev 2020 13:13:26 121 0

İran parlamentinin komitə sədri koronavirusa yoluxdu

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mojtaba Zonnur yeni koronavirusa yoluxub. Bu barədə komitə sədri öz videomüraciətində deyib.

Son.az Trend-ə istinadən məlumat verir ki, M.Zonnur onun verdiyi analizlərin nəticəsinin pozitiv elan olunduğunu bildirib.

Zonnur hazırda karantində olduğunu, heç bir narahatlığın olmadığını deyib.

Qeyd edək ki, İranın səhiyyə nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi də yeni koronavirusa yoluxub.