Türkiyə səfiri: “Gürcüstanla sərhəddə koronavirusla bağlı qabaqlayıcı tədbirlər görülür”


Dünya 27 Fev 2020 12:50:51 123 0

Türkiyə səfiri: “Gürcüstanla sərhəddə koronavirusla bağlı qabaqlayıcı tədbirlər görülür”

“Türkiyə-Gürcüstan sərhədində aidiyyəti qurumlar koronavirisun yayılmasının qarşısını almaq üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirirlər”.

© Report — Fatma Ceren Yazqan

“Türkiyə-Gürcüstan sərhədində aidiyyəti qurumlar koronavirisun yayılmasının qarşısını almaq üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib.

Səfir Gürcüstanda koronavirusun aşkarlanması faktına təəssüfləndiyini deyib:“Bir çox ölkələr Gürcüstandan tranzit ölkə kimi istifadə edirlər. Vətəndaşlar Ümumdünya Səhiyyə Təşkilatının koronavirusdan qorunmaqla bağlı tövsiyələrinə riayət etməlidirlər. Ümid edirəm ki, virusun yayılması ehtimalı minimuma bərabərdir”.