Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artdı


Dünya 27 Fev 2020 12:56:31 173 0

Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artdı

Cənubi Koreyada koronavirus sürətlə yayılır

© ABCnews

Cənubi Koreyada bir gün ərzində 500-dən artıq koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb.

Ölkədə koronavirus infeksiyasından ölənlərin sayı isə 13 nəfərdir.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 807 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 393-dən çoxdur.