Bakıda 15ə yaxın çadır quraşdırıldı


Digərləri 27 Fev 2020 13:03:20 133 0

Bakıda 15ə yaxın çadır quraşdırıldı

Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bu barədə Son.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub:

"İstehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb".