Azərbaycan nefti ucuzlaşır


Digərləri 27 Fev 2020 12:56:00 115 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 56,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 50,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır.