İranda koronavirusdan ölənlərin sayı artdı


Dünya 27 Fev 2020 12:44:56 151 0

İranda koronavirusdan ölənlərin sayı artdı

COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, bu ölkədə təsdiqlənmiş yoluxma halların sayı 141-ə çatıb

© google.az

İranda koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, təsdiqlənmiş yoluxma halların sayı isə141-ə çatıb.

İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır – 63 nəfər.

Qeyd edək ki, daha əvvəl İran hökuməti yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinəməhdudiyyətqoyulacağını açıqlamışdı.