Yol polisi piyadalara çağırış etdi


Digərləri 27 Fev 2020 12:23:00 131 0

Yol polisi piyadalara çağırış etdi

Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub. Tərəfimizdən kompleks profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunmaqla icraya yönəldilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ötən illərin təcrübəsi, dövrün çağırış və təhdidlərinə paralel olaraq, hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir:

"Hər bir hərəkət iştirakçısı diqqətli məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir. Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, yol qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmlənməsidir".