Səfir Ərdoğanın Azərbaycana səfərini şərh etdi


Siyasət 27 Fev 2020 12:01:14 153 0

Səfir Ərdoğanın Azərbaycana səfərini şərh etdi

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib.

© Report — Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Dinlə

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib.

"Report"un xəbərinə görə, səfir jurnalistlərə açıqlamasındatoplantının çox faydalı keçdiyini söyləyib.

“Bilirsiniz ki, Rəcəb Tayyip Ərdoğan Bakıya Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi. Builki toplantı da çox faydalı oldu. Toplantı çərçivəsində 14 sənəd imzalandı və əlaqələrimizin hərtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işlər müzakirə edildi. Biz Türkiyə olaraq bu toplantını çox yüksək dəyərləndiririk və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük”.