Səfir: “Gürcüstandan Azərbaycana gediş-gəliş adi qaydada həyata keçirilir”


Siyasət 27 Fev 2020 12:09:57 136 0

Səfir: “Gürcüstandan Azərbaycana gediş-gəliş adi qaydada həyata keçirilir”

“Gürcüstandan Azərbaycana quru yolla gediş-gəlişə heç bir məhdudiyyət tətbiq olunmur”.

© Report — Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov

“Gürcüstandan Azərbaycana quru yolla gediş-gəlişə heç bir məhdudiyyət tətbiq olunmur”.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında quru yolla şəxslərin hərəkəti adi qaydada həyata keçirilir.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ötən gündən İranla quru yolla gediş-gəliş məhdudlaşdırılıb. Gürcüstanın bu ölkə ilə birbaşa quru sərhədi yoxdur. İrandan Gürcüstana quru yolla səfər edən vətəndaşlar Azərbaycan vasitəsilə hərəkət edirlər.

Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən şəxslərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Yüksək hərarət qeydə alınan İran vətəndaşları və ya bu ölkədə təzəlikcə olan şəxslər Gürcüstan ərazisinə buraxılmırlar.