Nazir: “Koronavirusa görə heç bir yarışa məhdudiyyət qoymamışıq”


Sosial 27 Fev 2020 12:11:20 162 0

Nazir: “Koronavirusa görə heç bir yarışa məhdudiyyət qoymamışıq”

“Hazırda koronovirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq”.

© Report — Gənclər və İdman naziri Azad Rəhimov

“Hazırda koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, hansı ölkələrdə təhlükə görürlərsə federasiyalarla birlikdə qərar qəbul edilir: “Bu gün ölkələr bu məhdudiyyəti qoyur. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub.Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra Tokio-2020 Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.

Qeyd edək ki, martın 2-də Livanın paytaxtı Beyrutdakı Açıq Asiya Turniri koronavirusa görə baş tutmayıb. Yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.