Astarada istirahət mərkəzində yanğın olub


Digərləri 27 Fev 2020 11:44:00 119 0

Astarada istirahət mərkəzində yanğın olub

Astara rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Şahağac kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 250 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bitişik anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.