Koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarəti dayandırılıb


Dünya 27 Fev 2020 11:45:00 139 0

Koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarəti dayandırılıb

Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər ölkədəki tibb işçilərinin "Covid-19" ilə əlaqəli prosesləri yaxından izlədiklərini bildirib. Açıqlamada bu epidemiyanın qarşısını almaq üçün beynəlxalq təşkilatların, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının (DST) səylərinin dəstəklənəcəyi qeyd edilib: "Görülən qoruyucu tədbirlər çərçivəsində Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına girişin müvəqqəti olaraq dayandırılması qərara alınıb".