Masazır sakinini güllələyən “Əmioğlu” tutuldu FOTO


Digərləri 27 Fev 2020 11:50:00 141 0

Masazır sakinini güllələyən “Əmioğlu” tutuldu  FOTO

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb.

Həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş "Əmioğlu" ləqəbli Eldar Cabbarov tutulub. 

Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, istintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun "Mercedes" markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb. 

Sumqayıt ŞPİ-də Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi "Mercedes" markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib.

Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək ekshumasiya edilib. Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi "Makarov" markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.