Koronavirus Avropada yayılmaqda davam edir


Dünya 27 Fev 2020 11:38:36 117 0

Koronavirus Avropada yayılmaqda davam edir

Rumıniyada yeni növ koronavirusa yoluxma ilə bağlı ilk hal qeydə alınıb

© Getty

Avropada son sutka ərzində Gürcüstan, Danimarka və Estoniyanın ardından Rumıniyada da yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın Səhiyyə naziri Viktor Kostake Daxili İşlər Nazirliyindəki təcili mətbuat konfransında verib.

Nazirin sözlərinə görə, virusa yoluxan şəxs ölkənin cənub-şərqindəki Qorj mahalının sakinidir və o, fevralın 18-22-də mahala gələnRimini şəhərindən olan İtaliya vətəndaşı ilə təmasda olub. Rumıniyalınınvəziyyəti qənaətbəxşdir, xəstəlik əlamətləri sezilmir.

Xatırladaq ki, dünən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin direktoru Hans Klüge yeni növkoronavirusun Avropanın 13 ölkəsində yayıldığını açıqlamışdı. Başqa sözlə, virusa yoluxma halları qeydə alınan Avropa ölkələrinin sayı artıq 17-yə çatıb.