Hindistanda iğtişaşlarda ölənlərin sayı artdı


Dünya 27 Fev 2020 10:52:25 122 0

Hindistanda iğtişaşlarda ölənlərin sayı artdı

Hindistanın paytaxtı Nyu-Dehlidə ölənlərin sayı kəskin artıb

© google.az

Hindistanın paytaxtı Nyu-Dehlidə 4 gün ərzində iğtişaşlarda ölənlərin sayı 34-ə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, yaralıların sayı 200-dən çoxdur.

Xatırladaq ki, paytaxtda fevralın 24-dən yeni vətəndaşlıq qanununun tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verir.

Hindistan parlamentinin vətəndaşlıq qanununa qəbul etdiyi düzəlişlərə əsasən, qonşu Əfqanıstan, Pakistan və Banqladeşdən təzyiqlərdən qaçaraq Hindistana pənah gətirən qeyri-müsəlmanları vətəndaşlığa qəbul etmək üçün sadələşdirilmiş qayda tətbiq olunacaq. Bu qanun Hindistan müsəlmanları arasında narazılığa səbəb olub.