Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət qoyulub?


Digərləri 27 Fev 2020 10:58:00 157 0

Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət qoyulub?

Bakıdan Gürcüstana yollanan avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur.

Son.az xəbər verir ki, bu barəd Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, iki ölkə arasında olan sərhəddə yaranmış məhdudiyyət barədə quruma məlumat daxil olmayıb:

"Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə belə bir məluamt daxil olmayıb. Əgər avtobusların gediş-gəlişində hər hansısa məhdudiyyət yaranarsa, bu barədə sərnişinlərə bildiriləcək".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də Trend-ə hər hansı bir məhdudiyyətin olmadığı bildirilib:

"Bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatlıq hiss edərlərsə, qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər".