Tanınmış müğənni qaçırılıb, zorlanıbmış


Digərləri 27 Fev 2020 11:00:00 177 0

Tanınmış müğənni qaçırılıb, zorlanıbmış

Hamının Duffy kimi tanıdığı britaniyalı müğənni Eymi Enn Daffi bir müddət yoxa çıxmasının səbəbini açıqlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, müğənni Duffy bunun səbəbləri barədə öz İnsragram səhifəsində yazıb.

"Mersy" hitinin ifaçısı deyib ki, onu zorla saxlayıb, işgəncə verərək, məcburi narkotik qəbul etdiriblər. "Əlbəttə ki, sağ qaldım. Uzun müddət sonra özümə gələ bildim. Başıma gələnlər barədə danışmaq elə də asan deyil. Sadəcə, onu etiraf edə bilərəm ki, son onilliklərdə minlərlə gün itirdim ki, yenidən ürəyimdə həyat işığı parlasın. İndi o parlayır", - müğənni qeyd edib.

Aktrisa hadisənin nə zaman baş verdiyini və kimlər tərəfindən oğurlandığı barədə də bir söz deməyib. Müğənni onu da əminlikə bildirib ki, hazırda təhlükəsiz şəraitdə yaşayır.

Duffy  bildirib ki, ötən ilin yayında bir jurnalist onunla görüşərək başına gələn əhvlatlar barədə ona müsahibə verib: "Həmin müsahibə yaxın vaxtlarda çıxacaq və orada yoxa çıxmasının detalları açıqlanacaq".