Salyanda yanğın olub


Digərləri 27 Fev 2020 10:22:00 152 0

Salyanda yanğın olub

Salyan rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Qarabağlı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində döşəmə 3 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin taxtadan ibarət tavanı 15 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.