Xırdalanda yaşayış binasında yanğın olub


Digərləri 27 Fev 2020 09:42:00 157 0

Xırdalanda yaşayış binasında yanğın olub

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri 9 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.