Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək


İqtisadiyyat 27 Fev 2020 09:46:21 167 1

Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək

Bu tədbir Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi" çərçivəsində martın 2-də keçiriləcək

Bu il martın 2-də II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək.

“Report” bu barədə “Azərpoçt”a istinadən xəbər verir.

Məlumata görə, tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək.

“Kibertəhlükəsizlik konfransı" sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Qeyd edək ki, konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdiriləcəyi “Cyber Village” sərgisi də baş tutacaq.