Ən sürətli internet hansı ölkədədir?


Digərləri 27 Fev 2020 07:01:00 132 0

Ən sürətli internet hansı ölkədədir?

"WebsiteToolTester" şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, reytinqdə birinci yeri Tayvan tutub. Sonrakı yerlərdə isə Sinqapur, La-Manş boğazında yerləşən Cersi adası, İsveç və Danimarka qərarlaşıb.

Həmçinin ilk iyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Estoniya, Honkonq, Macarıstan və Litva daxildir.

207 ölkə arasında 53-cü yeri tutan Rusiya Bolqarıstan, Madaqaskar, Rumıniya, Makao və Barbadosdan geri qalıb.