Suriyada 2 türk əsgəri həlak oldu, yaralılar var


Dünya 27 Fev 2020 02:45:27 123 0

Suriyada 2 türk əsgəri həlak oldu, yaralılar var

Suriyada Türkiyə hərbçilərinə hava hücumu olub.

Suriyada Türkiyə hərbçilərinə hava hücumu olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbələr nəticəsində 2 türk əsgəri həlak olub, daha 2 əsgər yaralanıb. Bildirilir ki, Suriyanın hökumət qüvvələrinə dərhal cavab atəşi açılıb. Nəticədə Suriyanın hökumət qüvvələrinin texnikası və canlı qüvvəsi məhv edilib.