Günün qoroskopu: gözləntilərinizin tam tərsinə olaraq xarici şərtlər əlverişli deyil


Digərləri 27 Fev 2020 00:01:00 139 0

Günün qoroskopu: gözləntilərinizin tam tərsinə olaraq xarici şərtlər əlverişli deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - şərait yenilənmə, dəyişikliklər tələb edir. İtkilər və müvəqqəti çətinliklər olsa belə, ruhdan düşməyin. İzafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir. Məşğul olduğunuz faydalı işin dəqiq və səlis nəticəsi olacaq. Fiziki işdə fayda var. Axşam saatlarında normal dincəlməyə çalışın.

Buğa - əlaqələri gücləndirin, yaxın gələcəkdə işlərinizə veriləcək dəstəklə bağlı müzakirələr aparın. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər. Maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır.

Əkizlər - yaxın ətrafınızdakı insanlarla əlaqələrinizi təftiş edin. Yeni təmaslar qurun, əlaqələri bərpa edin. Hər şey dinamikdir. Gözləntilər planlarınızın reallaşdırılması ilə bağlı situasiyaya uyğun deyil. Hadisələrin, sadəcə, müəyyən qismindən yararlana biləcəksiniz. Axşam saatlarında planlarınızı təftiş edin.

Xərçəng - səhər saatlarından etibarən aktiv olun, qətiyyətli mövqe tutun, mütəhərrik davranın. İşləri təxirə salmayın, borcları qaytarın, vədlərinizi yerinə yetirin. Yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbirsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin.

Şir - gözləntilərinizin tam tərsinə olaraq xarici şərtlər əlverişli deyil. Günün ilk yarısında səfərə və ya ezamiyyətə, səyahətə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın.

Qız - əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Situasiyanın azad axarına mane olmamağa çalışın. Zərurət olarsa, problemləri həll edin, əlavə düzəlişlərə əl atın. Müstəqil çalışa bilmədiyiniz vaxtlarda inandığınız insanların yardımlarından bəhrələnin. Heç nəyi mürəkkəbləşdirməyin. İndi güc nümayişi və inadkarlıqla müqayisədə reaksiya daha vacibdir.

Tərəzi - əhvalınız bu gün əhəmiyyətli dərəcədə ətrafınızdakı insanların davranışı və yaşam arealınızla müəyyənləşir. Münaqişələrə rəvac verməyin, mübahisələri genişləndirməyin. Ünsiyyətdəki çətinlik və problemləri aradan qaldırmaq istəyirsinizsə, etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin.