Bu bitki çayı ilə şiddətli öskürəkdən xilas olun!


Digərləri 26 Fev 2020 23:45:00 147 0

Bu bitki çayı ilə şiddətli öskürəkdən xilas olun!

Havaların soyuması ilə bir çoxl insanda müəyyən narahatlıqlar yaranır, virus infeksiyalarına yoluxma halları çoxalır. Xüsusilə quru öskürəyə tutulduqda, uzun müddət yaxa qurtarmaq çətin olur.

Bundan xilas olmaq üçünsə dərmandan daha çox təbii müalicə üsullarından yararlanmağa çalışırıq. Təbii müalicə üsulları arasında ən çox yayılanı bitki çaylarıdır.

Son.az medicina.az-a istinadən belə çaylardan birinin - gülxətmi çayının faydaları və hazırlanması ilə bağlı məlumat verir.

Gülxətmi çayı xüsusilə həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda şiddətli öskürəyin qarşısını almaqda əvəzedilməzdir. O, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır.

Gülxətmi bitkisinin faydalı xüsusiyyətləri antik çağlardan bəri bir çox xalqlar tərəfindən bilinir. Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində sıx-sıx istifadə edilir. Məsələn, asiyalılar gülxətmi bitkisini tərəvəz bağçalarında əkir və ondan müxtəlif yeməklər hazırlayırlar. Gülxətminin istehlakı immunitet sistemini gücləndirir və gözlərin sağlamlığına müsbət təsir edir. Gülxətmi bitkisindən hazırlanan dərmanlar sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malikdir.

Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizlik kimi xəstəliklərin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə hallarında və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq alınan su içilir.

Gülxətmi çayının faydaları:

- Öskürəyi yumşaldır

- Arıqladır

- Dərini rahatladır

- Hüceyrələri təzələyir