Qazaxıstan martın 1dən İrana aviareysləri dayandırır


Dünya 26 Fev 2020 22:52:00 159 0

Qazaxıstan martın 1dən İrana aviareysləri dayandırır

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan baş sanitar həkimi Jandarbek Bekşin açıqlama verib ki, İranda olan Qazaxıstan vətəndaşları martın 1-nə kimi ölkəyə qayıda bilərlər.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın baş sanitar həkimi vətəndaşları Yaponiya, İtaliya, Sinqapur, Cənubi Koreya, Tailand, Malayziya kimi ölkələrə getməməyə, biletləri təhvil verməyə çağırmışdı.

O, həmçinin bildirib ki, idarələrarası komissiyanın iclasında bu ölkələrə uçuş üçün alınan biletlərin dəyərinin vətəndaşlara qaytarılması barədə qərar qəbul olunub.