Rumıniyada İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə etirazlar keçirilib


Dünya 26 Fev 2020 22:28:00 133 0

Rumıniyada İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə etirazlar keçirilib

Rumıniyanın Krayova rayonunun Beket şəhərində İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın Berqamo şəhərindən Krayovaya gələn 179 sərnişinin həkim və mütəxəssislər tərəfindən xəstəxanada yoxlanıldıqdan sonra orada karantinə yerləşdirilib. Buna etiraz edən aksiya iştirakçıları yerli bələdiyyə binasının önünə yığışıblar.

Xatırladaq ki, İtaliyada virus sürətlə yayılır. Qonşu ölkələrin bəziləri virusun qarşını almaq üçün sərhədlərini və limanları bağlayıblar.