Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar Misirdə üçgünlük matəm elan edilib


Dünya 26 Fev 2020 21:48:00 133 0

Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar Misirdə üçgünlük matəm elan edilib

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar ölkədə fevralın 26-dan etibarən üçgünlük matəm elan edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Misir Prezidenti Administrasiyasının bununla bağlı məlumatında deyilir: "Prezident böyük Oktyabr müharibəsinin qəhrəmanı, ölkəyə bir komandan kimi misilsiz xidmətlər göstərmiş Məhəmməd Hüsnü Mübarəkin vəfatından dərindən kədərlənib. Müharibə zamanı Hərbi Hava Qüvvələrinin komandanı olmuş Mübarək ərəblərin ləyaqət və şərəfini qoruyub".

Mübarəkin hərbi qaydada dəfn mərasimində ölkə rəhbərliyi, ordunun generalları iştirak edəcəklər. Ərəb ölkələrinin liderləri - Səudiyyə Ərəbistanının və Bəhreynin kralları, Fələstinin lideri, Ərəb Dövlətlər Liqası, ABŞ-ın Dövlət katibi Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə və Mübarəkin ailəsinə zəng edərək başsağlığı veriblər.