Mərkəzi Bank 100 milyon manat cəlb edib


Digərləri 26 Fev 2020 21:20:00 144 0

Mərkəzi Bank 100 milyon manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən Son.az-a verilən məlumata görə, fevralın 26-da Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 617,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51 faiz təşkil edib.