Məktəblərdə tədris ilinin müddəti təsdiq edilib


Digərləri 26 Fev 2020 21:05:00 127 0

Məktəblərdə tədris ilinin müddəti təsdiq edilib

Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti təsdiq edilib.

Nazirlər Kabinetindən Son.az-a verilən məlumata görə, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür: birinci yarımil: 1 oktyabr - 26 yanvar; 2.2.2. ikinci yarımil: 1 fevral - 31 may.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür: birinci yarımil: 15 sentyabr - 26 yanvar; ikinci yarımil: 1 fevral - 14 iyun.